24 İyul 2026
Dünya futbolu

“Milan” Fodeni transfer etmək arzusundadır

İtaliyanın “Milan” klubu “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Fil Fodeni transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “rossonerilər” bu keçidi reallaşdırmaq üçün ilk növbədə Rafael Leaonu satmalıdır. Bildirilir ki, “Mançester Siti” 26 yaşlı futbolçunun transferinə 50-60 milyon avro qarşılığında razılıq verə bilər.

Qeyd edək ki, Fil Foden ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 50 oyuna çıxaraq 10 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43