28 İyul 2026
Dünya futbolu

“İnter” ingiltərəli futbolçunu azad agent kimi transfer edir

“İnter” müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisi azad agent statusunda olan Con Stounsun transferini başa çatdırmaq üzrədir. İngiltərə millisinin üzvünün yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.

32 yaşlı müdafiəçi karyerası ərzində “Mançester Siti”nin heyətində çoxsaylı kuboklar qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43