30 İyun 2026
Ölkə futbolu

Abdullah Zubir avrokuboklarda tarixi göstəriciyə imza atdı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Kopenhagen”ə qarşı fərqlənən “Qarabağ”ın futbolçusu Abdullah Zubir avrokuboklarda unikal nailiyyət əldə edib.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı vinger ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 futbolçudan biri olub. Onunla bərabər bu uğuru Kilian Mbappe (“Real”, İspaniya), Harri Keyn (“Bayern”, Almaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Lautaro Martines (“İnter”, İtaliya) və Antuan Qrizman əldə edib.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43