AFFA İntizam Komitəsinin iclası keçirlib.
İdmanxeber.az-ın məlumatına görə, 1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” komandasının məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun oyuna buraxılmasın, “Sabah” komandası 15000 manat cərimə edilsin (maddə 52.4)
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 48.2);
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 48.2);
23-cü turun “Şamaxı” – “İmişli” oyununda “İmişli”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
“Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” görüşündə “Neftçi” azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klub 15000 manat cərimələnib.
Bu matçda “Neftçi” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib.

