Kateqoriyasız

AFFA-dan gözlənilməz qərar: “Neftçi”nin aparıcı üzvü bağışlanıldı

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda “Neftçi” PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin “Neftçi” PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Futbolçu Flavio Aleks Valensio intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Flavio Aleks Valensio analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Xatırladaq ki, Flavinyo "İnter"lə oyunda aldığı qırmızı vərəqəyə görə, iki oyunluq cəzalandırılmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43