Premyer Liqa klublarına ayrılan vəsaitdə artım ola bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, hazırda AFFA-da bununla bağlı müzakirələr aparılır. Klublara dövlətdən ayrılan illik 3 miyon manata 500 min də əlavə edilməsi gözlənilir.
Bir müddətdir müzakirə olunan məsələ artıq yekunlaşmaq üzrədir.
Böyük ehtimalla növbəti mövsümdən Premyer Liqa təmsilçilərinə 3,5 milyon manat dotasiya ayrılacaq.