Ölkə futbolu

AFFA prezidenti milli komanda ilə görüşdü (FOTOLAR)

Rövnəq Abdullayev millinin düşərgəsini ziyarət edib.

İdmanxeber.az-ın məlumatına görə, Bu gün Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla, ardınca isə millinin tam heyəti ilə görüşüb. AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Qurban Qurbanov çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43