29 İyun 2026
Kateqoriyasız

AFFA rəhbərliyi ÇL-in püşkatma mərasimində iştirak edəcək

AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcəklər.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslər bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirə görə qardaş ölkəyə yollanıblar.

Onlar həmçinin Avropada klub futbolu mövsümünün başlanması ilə bağlı tədbirdə iştirak edəcəklər.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43