06 İyun 2026
Dünya futbolu

Afrikada ilin futbolçusu seçildi

Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, mükafata PSJ-nin ulduzu Əşrəf Hakimi layiq görülüb.

Mərakeşli futbolçu ötən mövsüm Paris klubuyla Çempionlar Liqasını, Liqa 1-i, Fransa kubokunu və Superkuboku qazanıb.

O, mövsüm ərzində 55 oyunda 11 qol və 14 asistlə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43