“İnter” Hakan Çalhanoğlunun qışda klubdan ayrılacağı ilə bağlı iddiaları təkzib edib.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin baş məşqçi Kristian Kivu üçün əsas oyunçu olduğu və yanvarda buraxılmayacağı bildirilib.
Klub yaxın iki-üç ayda Çalhanoğlunun gələcəyi ilə bağlı danışıqlara başlayacaq. Müzakirələr həm müqavilənin uzadılması, həm də yayda mümkün transfer variantlarını əhatə edəcək.
Türkiyə millisinin üzvü ilə hazırkı müqavilə 2027-ci ilə qədərdir.

