“Real”ın braziliyalı futbolçusu Rodriqo bir neçə məşqə qatılmayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu addım onun klubdan ayrılmaq istədiyini göstərir.
Xabi Alonso ilə oyunçu arasında münasibətlərin pisləşdiyi, baş məşqçinin də Rodriqonun gedişinə razı olduğu bildirilir.
24 yaşlı vinger bu mövsüm Madrid klubunda 13 oyunda 2 asist edib.

