DÇ-2026-nın seçmə mərhələsində İspaniya – Türkiyə matçı (2:2) zamanı türkiyəli futbolçuların paltardəyişmə otağından 260 min avro dəyərində saat və iki üzük oğurlanıb.
İdmanxeber.az-ın məlumatına görə, təhlükəsizlik kameralarının görüntüləri əsasında şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Onun stadion əməkdaşı olub-olmadığı isə hələ açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.

