Kateqoriyasız

“Almaniyaya qol vurduğum oyunu unuda bilmirəm” – Dmitri Nazarov

Almaniyanın “Erzgebirge” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov “Liga3-online” nəşrinə müsahibə verib.

İdmanxeber.az xəbər verir ki, o, yığmanın sabiq baş məşqçisi Berti Foqtsla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualı belə cavablandırıb:

“Təəssüf ki, artıq onunla əlaqə saxlamıram. Artıq bir neçə ildir ki, bir-birimizi görmürük. O, indi futbol stadionundan daha çox qolf meydançaları cəlb edir. Ona görə də daha tez-tez rastlaşmırıq (gülür)”.

Nazarov beynəlxalq arenada unuda bilmədiyi oyunun hansı olduğunu da açıqlayıb: “2017-ci ilin martında Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43