21 İyun 2026
Ölkə futbolu

Almanlar Mahir Emreliyə təriflər yağdırdı – FOTOLAR

Almaniya II Bundesliqa klubu “Kayzerslautern”də çıxış edən Mahir Emreli uzun müddət sonra komandanın sıralarına qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü zədəsini sağaldıb. Bu xəbərin ardından Almaniya klubunun fanatları həmyerlimizə dəstək olublar. 

Onlar sosial şəbəkə hesablarından Emreliyə inandıqlarını bildiriblər. Klubun azarkeş səhifəsi oyunçuya motivasiya vermək üçün ona gələn dəstək mesajlarını Azərbaycan dilinə də çevirib.

Xatırladaq ki, komanda ayın 22-də səfərdə “Munster” klubu ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43