Dünya futbolu

Ançelotti UEFA və FİFA-nı tənqid etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis müasir futbol təqvimini tənqid edib. O, “Real”ın mövsümü 73 oyunla baş vurduğunu və bunun həddindən artıq yorucu olduğunu bildirib.

“UEFA daha çox komandanın iştirak etdiyi yeni Çempionlar Liqası planını işə salır, FİFA daha çox ölkə ilə Klublararası Dünya Çempionatının formatını dəyişir və İspaniya Superkuboku Finalı “dördlər formatı”nda keçirilir. Ya hamı razılaşacaq, ya da futbolçuların sağlamlığının artıq əhəmiyyəti yoxdur”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43