Ölkə futbolu

“Antalyaspor” “Qarabağ”a rəqib oldu – RƏSMİ

“Qarabağ” klubu heyətini gücləndirmək üçün hücumçu transferinə başlayıb.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kiprin “Anortosis” klubunda forma geyən Cənubi Afrika Respublikasının futbolçusu Dini Ndlovu üçün Ağdam klubu rəsmi təklif göndərib.

Lakin ona təklif göndərənlər arasında təkcə “Qarabağ” adı hallanmır. Türkiyə mətbuatında yer alan xəbərdə deyilir ki, “Antalyaspor” komandası Samuel Etonun böyük ölçüdə “Beşiktaş”a keçmək ehtimalını göz önünə alaraq futbolçuya rəsmi təklif ünvanlayıb. Kiprdəki komandasının yeni dönəm təlim-məşq toplantısına qatılmayan 26 yaşlı forvardın Antalya təmsilçisinə keçməyə daha yaxın olduğu bildirilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43