Ölkə futbolu

“Viktoriya”nın uzun səyahəti

“Viktoriya” klubu Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu  üçün artıq Çexiyanı tərk edib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən xəbər verir ki, çexlər bu gün səhər saatlarında Azərbaycana yola düşüblər.

 

“Qarabağ”ın rəqibi Bakı vaxtı ilə 10:00-da paytaxt Praqadan yola düşüb. “Viktoriya”nı gətirən təyyarə 4 saatlıq uçuşdan sonra Azərbaycanda olacaq. 

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı 20:30-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43