“Liverpul”un yeni transfer hədəfi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, Mersisayd təmsilçisi “Bormunt”un qanalı futbolçusu Antonio Semenyonu transfer etmək istəyir.
“Liverpul” bu keçid üçün qarşı tərəfə 75 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, 24 yaşlı hücumçunun “Bormunt”la müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.

