Azərbaycan U-21 millisi bu gün Çexiya ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın sözügedən ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli tərəfdarlar matça elə də böyük maraq göstərmir. Görüşə 500-ə yaxın bilet satılıb.
Millimiz də bu qarşılaşmada dəstəksiz qalmayacaq. “Milli dəstə” azarkeş qrupu stadionda yığmamızı qələbəyə səsləyəcək.
Xatırladaq ki, matç “Town Stadium Karvina”da baş tutacaq. Stadion 4833 azarkeş tutumuna malikdir.
Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd: Jurnalistlərin Çexiya səfəri “Misli” və AFFA-nın dəstəyi ilə həyata keçirilib.

