10 İyul 2026
Ölkə futbolu

Araz Abdullayev Kosova klubunda

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev karyerasını Kosovada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu ölkənin yüksək liqa təmsilçisi “Llapi” ilə müqavilə imzalayıb.  A.Abdullayev tibbi müayinədən uğurla keçib və yeni komandasında hazırlığa başlayıb.

Qeyd edək ki, hazırda “Llapi” Kosova çempionatında 2 turdan sonra 4 xalla 5-ci yeri tutur.

Abdullayevin son klubu 2021/22 mövsümündə “Sumqayıt” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43