03 İyul 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” bosniyalı yarımmüdafiəçini transfer etdi – RƏSMİ

“Araz-Naxçıvan” klubu növbəti futbolçu transferini həll edib.

İdmanxeber.az-ın məlumata görə, bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.

27 yaşlı oyunçunun sözləşməsinin müddəti 1 illikdir.

Qeyd edək ki, Miço Kuzmanoviç ötən mövsüm “Tuzla Siti”nin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43