03 İyul 2026
Ölkə futbolu

“Sabah”ın Konfrans Liqasında oyununun tarixi dəyişdi

Klublarımızın Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları fərqli günlərdə keçirəcəklər.

İdmanxeber.az-ın məlumatına görə, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçını iyulun 26-na, “Neftçi”nin “Jelezniçar”la görüşünü isə bir gün sonraya təyin edib.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43