03 İyul 2026
Dünya futbolu

“Milan” isveçrəli futbolçunu transfer edir

“Milan” “Zalsburq” ilə Noah Okafor üçün razılaşmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” bu transfer üçün 15 milyon avro ödəyəcək. Hər şey plana uyğun olsa, isveçrəli hücumçunun şənbə günü tibbi baxışdan keçəcəyi gözlənilir.

Okafor “Zalsburq”da 2019-cu ildən çıxış edir. O, bu müddətdə 110 oyuna çıxıb və 34 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43