Baketbol üzrə “Fənərbağça” komandası Raul Neto ilə heyətini gücləndirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin təcrübəli oyun qurucu ilə müqavilə imzalayacağı gözlənilir. Braziliyalı basketbolçuya Avropadan başqa təkliflər olsa da, onun seçimi “Fənərbağça” olub.
Netonun gəlişindən sonra Nik Kalateslə yolların ayrılacağı gözlənilir.
Oyunçu ötən mövsümü NBA-da “Klivlend” komandasında keçirib.

