09 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan” – “Qarabağ” matçına doğru: zədəlilər var 

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Araz Naxçıvan” “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib oyun öncəsi hər iki komandanın heyətində itkilər var. Naxçıvan təmsilçisində zədəli futbolçular – Mustafa Əhmədzadə ilə Miço Kuzmanoviç bugünkü görüşü buraxacaqlar. Digər zədəli oyunçu Bəxtiyar Həsənalızadənin oynayıb-oynamayacağı isə bəlli deyil.

“Qarabağ”ın heyətində isə bir itki var. Komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev zədə səbəbindən bu matçda iştirak etməyəcək.

“Araz Naxçıvan” – “Qarabağ” oyunu bu gün saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43