09 İyul 2026
Dünya futbolu

“Bavariya” 17 yaşlı futbolçu alır

“Genk”in hücumameyilli yarımmüdafiəçisi Konstantinos Karetsas karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Bavariya” maraqlıdır. Münhen klubu 17 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.

Yayda tərəflər arasında danışıqlar start götürəcək. Yunanıstanlı gənc oyunçu daha bir neçə klubun diqqət mərkəzindədi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43