Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda futbol üzrə I divizionda sonuncu turun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
Azərbaycan I Divizionunun XI turunun “Araz-Naxçıvan” – “Şuşa” matçında “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Azərbaycan I Divizionunun XI turunun “Turan-T” – “Ağsu” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun 8 №-li futbolçusu Fariz Ramazanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Ağsu” klubunun 6 №-li futbolçusu Azər Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan I Divizionunun XI turunun “Karvan” – “Bakılı” matçında “Karvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 84-cü dəqiqəsində “Karvan” klubunun 7 №-li futbolçusu Əziz Hüseynovla “Bakılı” klubunun 13 №-li futbolçusu Comərd Baxşəliyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur
Azərbaycan I Divizionunun XI turunun “Qaradağ-Lökbatan” – “Neftçala” matçının 55-ci dəqiqəsində “Neftçala” klubunun 19 №-li futbolçusu Qasan Qasanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur
Matçın 80-ci dəqiqəsində “Qaradağ-Lökbatan” klubunun məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur
Oyunun 90+5-ci dəqiqəsində “Neftçala” klubunun 7 №-li futbolçusu Nakim Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.