03 İyul 2026
Ölkə futbolu

“Araz-Naxçıvan”da iki müqavilə

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə bağlı qərar verib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Nuno Rodriqes və Ramon Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43