Kateqoriyasız

“Araz-Naxçıvan”ın ÇL oyunlarının təqvimi bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi bəlli olub.

İdmanxeber.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, ölkə çempionu oktyabrın 26-da İsveçin “Orebro” kollektivi ilə üz-üzə gələcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda oktyabrın 27-də Serbiya təmsilçisi “Loznika Qrad”la, oktyabrın 29-da Bosniya və Herseqovina “Mostar”ı ilə görüşəcək.

Oyunlar Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43