18 İyul 2026
Dünya futbolu

Arda yenidən zədələndi

Türkiyə millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Arda Gülər yenidən sıradan çıxıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müayinələrdən sonra 18 yaşlı yarımmüdafiəçinin sol bud əzələsində zədə aşkarlanıb.

Qeyd edək ki, Arda Gülər iyulun 7-də “Kral klubu” ilə müqavilə imzalayıb. O, daha sonra zədələndiyi üçün meydana çıxa bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43