18 İyul 2026
Dünya futbolu

Mahir Emreli Xorvatiyada rəmzi heyətə düşdü

Millimizin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında IX turun rəmzi komandasına düşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Rudes”lə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ vinger seçilib.

Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb. 

Qeyd edək ki, “Dinamo” “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43