İdman

Argentina millisi yenidən Messisiz qaldı

Argentina millisi DÇ-2018-in seçmə mərhələsinin Venesuelaya qarşı səfər oyununda Lionel Messinin xidmətindən yararlana bilməyəcək.


İdmanxeber.com-un məlumatına görə, buna futbolçunun qasıq nahiyyəsində olan kiçik zədə səbəb olub. Bu barədə məlumatı yerli mətbuata millinin baş məşqçisi Edqardo Bausa verib. O, Messinin Venesuelayla səfər oyununda forma geyinməyəcəyini deyib.

 

Xatırladaq ki, Amerika kubokunun finalında Çiliyə məğlubiyyətin ardından Messi milli karyerasını bitirdiyini açıqlamışdı. Ancaq sonradan baş məşqçi Bausa və komanda yoldaşlarının təkidiylə milliyə qayıdan Leo, DÇ-2018-in seçmə mərhələsinin Uruqvaya qarşı ev oyununda komandasına qələbə qazandıran qola imza atmışdı.


Əlavə edək ki, Venesuela – Argentina oyunu sentyabrın 7-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43