İdman

Şimali Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin oyunları keçirilib

CONCACAF zonasında DÇ-2018-in seçmə mərhələsində 5-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, A qrupunda Meksika səfərdə El Salvadora qalib gəlib – 3:1. Meksika 5 oyunda maksimum xal toplayaraq, liderliyini davam etdirir. Honduras isə öz meydanında Kanadaya qalib gələrək (2:1) 2-ci pillədə möhkəmlənib.

B qrupunda Haiti öz meydanında Kosta Rikaya məğlub olub – 0:1. Panama isə Yamaykaya qalib gəlib – 2:0.

C qrupunda ABŞ yığması səfərdə Sent-Vinsent və Qrenadanı darmadağın edib – 6:0. Qrup lideri Trinidad və Tobaqo isə gözlənilmədən öz meydanında Qvatemala ilə oyunda xal itirib – 2:2. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43