İdman

Millimizin rəqibi appeninlilərə qarşı

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniyanın daha bir sınaq matçı keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, “panzerlər” bu il son yoxlama oyununu İtaliyaya qarşı keçirəcək.

Noyabrın 15-də, Milanda baş tutacaq sınaq görüşü “San Siro” stadionunda keçiriləcək.
Almaniya yığması əvvəlcə dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də San-Marinonun qonağı olacaq, 4 gün sonra isə “skuadra azzurra” ilə qarşılaşacaq.

Bu iki komanda 2016-cı ildə artıq 2 dəfə üz-üzə gəliblər. Almaniya martın 29-da baş tutmuş yoxlama oyununda 4:1, AÇ-2016-nın 1/4 final görüşündə isə penaltilər seriyasında qalib gəlib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43