29 İyun 2026
Dünya futbolu

“Arsenal”da ciddi itki – Çempionlar Liqası oyununu buraxır

“Arsenal” Çempionlar Liqasının 4-cü turunda “Slaviya” ilə oyuna itki ilə çıxacaq.

İdmanxeber.az xəbər verir ki, komandanın hücumçusu Viktor Qyökereş əzələ zədəsinə görə matçda iştirak etməyəcək.

Baş məşqçi Mikel Arteta bildirib ki, futbolçu məşqə çıxmayıb və vəziyyətinin ciddiliyi əlavə testlərdən sonra məlum olacaq.

“Slaviya” – “Arsenal” oyunu bu gün, saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43