Dünya futbolu

“Arsenal”ın hücumçusu “Qarabağ”la oyunu buraxacaq

İngiltərə mətbuatının yaydığı məlumata görə, London təmsilçisinin hücumçusu Dani Uelbek əməliyyat olunub. Futbolçu Avroliqanın qrup mərhələsində “Sportinq”ə qarşı oyunda zədələnərək məcburi əvəzlənmişdi. Onun ayaq topuğunda qırıq olduğu və əməliyyat olunaraq bir neçə aydan sonra yaşıl meydanlara qayıdacağı bildirilib.

Bu isə o deməkdir ki, futbolçu “Arsenal”ın dekabrın 14-də Avroliqanın VI tur çərçivəsində “Qarabağ”ı qəbul edəcəyi matçda komandasına kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43