08 İyul 2026
Dünya futbolu

“Arsenal”ın təklifini rədd etdilər

“Sportinq”in hücumçusu Viktor Gyökereş karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə,  Lissabon klubunun forvardı “Arsenal”ın maraq dairəsindədi. London təmsilçisi hücumçusunu rənglərinə bağlamaqda israrlıdı. 

“Topçular” Portuqaliya klubuna 55 milyon avro əsas məbləğ, əlavə olaraq 10 milyon avro bonus təklif edib. Ancaq “Sportinq” daha çox məbləğ tələb edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43