İyun ayının 10-dan iyulun 10-a qədər Fransada futbol üzrə Avropa çempionatı keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə. bu məqsədlə ölkədə təhlükəsizlik tədbirləri görünür.
Azarkeşlər və futbolçuların qorunması üçün xeyli əsgər və xüsusi təyinatlı qüvvədən istifadə olunacaq. Fransa höküməti Paris şəhərində yerləşən bir neçə stadionda sınaq keçirəcək. Sınaqda terror hücumu və ona qarşı müdafiə təlimlərinin nəticəsi bəlli olacaq.
Ölkənin daxili işlər naziri Bernard Kazenyu açıqlamasında çempionatın keçiriləcəyi 16 bölgənin vəzifəli şəxsləri ilə bir araya gələcəyi və sınaq terror hücumun həyata keçirəcəyini bildirib.