11 İyul 2026
İdman

Avroliqada 21-ci tur

Avroliqada 21-ci tur bu gün start götürür.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” İstanbulda “Bavariya”nı qəbul edəcək. İstanbul klubu son 7 oyunda 6 qələbə qazanıb. Görüş Bakı vaxtıyla 21:45-də başlayacaq.

Lider “Real” öz meydanında “Valensiya”yla üz-üzə gələcək. “Kral klubu” bu mövsüm cəmi 2 dəfə məğlub olub. Qarşılaşma 23:45-də start götürəcək.

Bu gün daha 2 oyun keçiriləcək:

23:15 Panatinakos – Monako

23:30 Olimpiya Milano – Srvena Zvezda


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43