Dünya futbolu

Avropada Çempionlar Liqasını təmin edən komandalar

Avropa liqalarında mövsüm tamamlanmasa da, Çempionlar Liqasını təmin edən klubların sayı artır. 

İdmanxeber.az-ın məlumatına görə, bu günə qədər ÇL-nin qrup mərhələsinə vəsiqə qazanan 18 komanda bəlli olub.

Bunlar İngiltərədən “Mançester Siti”, “Arsenal”, “Nyukasl”, İspaniyadan “Barselona”, “Real”, “Atletiko”, İtaliyadan “Napoli”, “Latsio”, Almaniyadan “Borussiya”, “Bavariya”, “Leypsiq”, Fransadan PSJ, Portuqaliyadan “Benfika”, “Porto”, Niderlanddan “Feyenord”, Şotlandiyadan “Seltik”, Avtriyadan “Zalsburq”, Serbiyadan isə “Srven Zvezda”dır.

Adıçəkilən 18 klub da növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəklər.

Xatırladaq ki, mövsümü çempion kimi tamamlayan “Qarabağ” klubu da Çempionlar Liqasında mübarizə apacaq. Komanda turnirə I təsnifat mərhələsindən başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43