Dünya futbolu

İrqçi azarkeşlər Vinisiusu “asdı” – FOTO

“Real”ın futbolçusu Vinisius Junior azarkeşlərdən təhdidlər alır.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçu ötən tur “Valensiya” ilə matçda yeri tərəfdarlar tərəfindən irqçiliyə məruz qalıb. O, azarkeşlərlə dava etməsinin ardından qırmızı vərəqə görərək meydandan qovulub.

Fanatların Vinisiusa olan əsəbləri hələ də keçməyib. Belə ki, bir qrup tərəfdar futbolçunun maketini düəzldərək onu şəhərdəki körpülərin birindən asıb. 

Hadisənin ardından hərəkətə keçən İspaniya polisi məsələ ilə bağlı 4 nəfəri həbs edib. La Liqa rəhbərliyinin isə sözügedən oyunla bağlı araşdırmalar apardığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43