Kateqoriyasız Ölkə futbolu

Ayxan Abbasov: “Əsas qol epizodları bizdə oldu”

“Hər iki tərəf qələbəyə layiq idi”

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının ikinci turunda “Zirə” ” Keşlə”ni qəbul edib. Matçın ardından “Zirə” komandasının baş məşqçisi oyun barəsində fikirlərini bölüşüb.

“Bizim üçün çempionatın ilk oyunu idi. Rəqib ilk turda məğlub olmuşdu deyə daha aqressiv oynayacağını bilirdik.İkinci hissənin İlk 10-15 dəqiqəsində çox diqqətli olmağımız lazım idi. Ancaq standart vəziyyətdən qapımızada qol gördük. Və rəqib daha həvəslənərək üstümüzə gəldi. Çox istərdik ki, qələbə ilə başlayaq”. 

İki sıfır hesabı ilə öndəydiniz.Ancaq  buna baxmayaraq müdafiə xəttində gərginlik var idi?

Gərginlik oyun boyu müşahidə oluna bilər. Biz rəqibin davamlı üzərimizə gəlməsindən istifadə etməliydik. Ancaq bunu bacara bilmədik.

Rəqib baş məşqçi oyunun onların nəzarətində olduğunu söyləyib.Razısınız?

Futbolda əsas məsələ kimin daha çox qol vəziyyəti yaratmasıdır. Biz fasiləyə 3-0 hesabı ilə də gedə bilərdik. Fikrimcə çox maraqlı oyun oldu. Biz də, onlar da, qələbəyə layiq idilər.

Oyun boyu Pərdis çox aqressiv oynayırdı. Onu siz bu qədər motivassiya etmisiniz?

Xeyr. O, hər zaman belə oynayırdı. Bu oyun sabiq komandasına qarşı daha da istəkli olması normaldı.

Əvəzetmələrdə səhvə yol verdiyininiz düşünürsünüz?

Oyunçu dəyişikiliyi elədir ki, əgər daxil olan oyunçu fərqlənə bilirsə, artıq baş məşqçi qəhərəman olur. Ancaq o an nə hiss etdiyin vacibdir. Oyunun tepmi çox şeyə təsir edir. Rəqib davamlı üzərimizə gəlirdi deyə oyunçularımda tez yorğunluq hiss olunurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43