Azərbaycan II Liqası XIII tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər çempionat oyunlarına maraq göstərməyib. Fanatların ən çox yer aldığı qarşılaşma Qaxda baş tutub. “Kümrük Qax”ın “Füzuli”ni qonaq etdiyi matçı (0:2) cəmi 80 nəfər izləyib.
Bakıda baş tutan “Şəfa” – “Ağdaş” qarşılaşmasında (1:2) isə 20 azarkeş qeydə alınıb.
Digər görüşlərdəki tamaşaçı sayını diqqətinizə çatdırırıq:
Qusar – Şəki Siti (30 – 2:1)
Cəbrayıl – Şəmkir (30 – 3:1)
Göygöl – Şahdağ Qusar (50 – 0:4)
Kür Araz – Lerik (40 – 7:2)
Dinamo – Baku Sportinq (30 – 2:4)

