Dünya futbolu

“Yuventus” Mülleri yaxından izləyir

“Yuventus” “Bavariya”nın hücumçusu Tomas Mülleri transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubunun rəhbərliyi futbolçunun müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti diqqətlə izləyir. Müller “Bavariya” ilə yeni sözləşmə imzalamaqdan imtina edərsə, “Yuve” onu azad agent kimi transfer etməyə çalışacaq.

Müller karyerası boyu “Bavariya”da çıxış edib. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. Bu mövsüm futbolçu Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43