Dünyadan

Ermənilər “Qarabağ”ın yazacağı yeni tarixə şahidlik edəcək

Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”i qonaq edəcək “Qarabağ”ın bu matçı da canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, dekabrın 14-də keçiriləcək və saat 21:45-də başlayacaq qarşılaşmanı ölkəmizdə CBC Sport kanalı canlı yayımlayacaq.

Maraqlıdır ki, bu mövsümdən “Qarabağ”ın AL-dəki bir neçə oyununu canlı yayımlayan Ermənistanın “FAST” kanalı bu qarşılaşmanı da yayım proqramına salıb. Rusiya kanalları isə bu matçı canlı yayımlamaq fikrində deyil. Hər halda yayım proqramında oyuna rast gəlinmir.

“Qarabağ” adına bu vacib oyun Türkiyədə də canlı yayımlayacaq. Qardaş ölkənin Exxen kanalı görüşü birbaşa nümayiş etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43