04 İyul 2026
Ölkə futbolu

Azərbaycan çempionu yeni sponsorluq müqaviləsi imzalayacaq 

Azərbaycan I Liqa klubu “Şahdağ Qusar” yeni sponsorluq müqaviləsi imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Futbolun İnkişaf Fondunun prezidenti Tural Piriyev sosial şəbəkə hesabından paylaşım edib.

Qurum rəhbəri “Şahdağ Qusar” klubunda çox qısa müddətdə ciddi nəticələr əldə olunub. Yaxın zamanda açıqlayacağımız tərəfdaşlıq imzalamaları, “Biznes klub”, merçendayzinq gəlirləri hesabına gəlir diversifikasiyası formalaşdırılıb. Ən vacibi bütün “stakeholder”lərlə düzgün kommunikasiya qurulub. İcra Hakimiyyətinin başçısından sıravi azarkeşlərə qədər hər kəs öz dəstəyini göstərir. Geniş hesabat paylaşacağıq” – deyə, bildirib.

Xatırladaq ki, Qusar təmsilçisi ötən mövsüm Azərbaycan II Liqasında çempion olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43