“Kəpəz” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər” Finlandiyanın HİK komandasının qapıçısı Dejan İliyevlə maraqlanır. Artıq “Kəpəz” rəhbərliyi qarşı tərəflə təmasa keçib və danışıqlar davam edir.
Şimali Makedoniya millisinin üzvünün HİK-lə müqaviləsi bu ilin dekabr ayının sonuna qədərdi. O, ötən mövsüm komandası ilə 8 oyunda iştirak edib və qapısında qol görməyib.
Dejan İngiltərənin “Arsenal” klubunun U-18 və U-21 komandalarında çıxış edib. London klubunda əsas heyətdə forma geyinə bilməyən 28 yaşlı qapıçı karyerası boyunca Slovakiyanın “Sered” “Trençin” və Polşanın “Yaqelloniya” kimi klublarında oynayıb.

