04 İyul 2026
İdman

Azərbaycan klubu yeni transferini açıqladı

Azərbaycan Basketbol Liqasında çıxış edən “Quba” klubu yeni oyunçu ilə anlaşıb.

 İdmanxeber.az-ın məlumatına görə, ABŞ-dən olan Kristian Kuns heyətə cəlb olunub. 

O, daha əvvəl ölkəsində “Bransuik Komuniti Kolleci”, “Çovan Universiteti”, “Georgia Southvestern Universiteti” və “Bemidji Dövlət Universiteti”ndə oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43