19 İyun 2026
İdman

Azərbaycan millisi dünya çempionu oldu

Azərbaycanın tamblinq üzrə millisi İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatının qalibi olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov batut gimnastikası və tamblinq üzrə dünya çempionatında yenidən öz titullarını qorumağı bacarıb.

Nəticədə, Azərbaycan komanda hesabında dünya çempionu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43