05 İyun 2026
İdman

Azərbaycan millisi Küveytə məğlub olub

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması yoxlama görüşü keçirib.

İdmanxeber.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında iştirak edən yığma küveytli həmyaşıdları ilə qarşılaşıb. Matç rəqibin 77:67 hesablı qələbəsi ilə bitib.

Anar Sarıyevin rəhbərlik etdiyi komanda Avropa çempionatının B divizionu öncəsi taktiki və texniki məşqlər keçirir. Toplanış iyulun 22-nə qədər davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43